"Hakimlik haqda nəsə demək istəmirəm" - Elvin Cəfərquliyev

31.05.2025 22:56 58
Aktual / Ölkə futbolu
Ölkə kubokunun finalında uduzan "Qarabağ" (2:3) mövsümü "qızıl dubl"la başa vurmaq imkanını əldən verdi.

Ağdam təmsilçisinin futbolçusu Elvin Cəfərquliyev matçdan sonra "Football-plus.az"ın "oyun haqda fikirlərin necədi?" və "hakimlərin idarəçiliyindən razı qaldınmı?" suallarını belə cavabladı:
"Hakimlik haqda nəsə demək istəmirəm. Olanlar oldu. Əzmkar oyuna, sona qədər vuruşduqlarına görə hər iki tərəfi - "Sabah"ı və komanda yoldaşlarımı təbrik edirəm".
MÜZƏFFƏR QULUZADƏ