"Qarabağ” Azərbaycan futbolunun dominantıdı" - Vasili Berezutski

31.05.2025 22:40 31
Ölkə futbolu / Manşet
"Sabah" ölkə kubokunun finalında "Qarabağ"a qalib gəldi - 3:2.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Vasili Berezutski oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Düşünürəm ki, bu gün çox maraqlı oyun alındı. Oyunçularım əllərindən gələni etdilər. “Sabah”ı ilk titul münasibətilə təbrik edirəm.

- Kuboku qazanmaq qalmağınız deməkdi?
- Gələcək haqda nəsə deyə bilmərəm. Üç-dörd gün sonra hər şey bəlli olacaq.

- Qalmaq istəyirsiz?
- Bu barədə nəsə demək istəmirəm.

- “Qarabağ”a uduzmamışdız. Bu gün də uduzmadız. Bir yolunu tapmısız deyə bilərik?
- “Qarabağ” Azərbaycan futbolunun dominantıdı. Hansısa sirr yoxdu.

MÜZƏFFƏR QULUZADƏ