• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”ın qələbəsinə heç kim şübhə etmir - nəhəng finala 4 saat qaldı

Ölkə futbolu / Manşet

31-05-2025, 15:0

Ölkə kubokunun finalı bu gün ən azı Çempionlar Liqasının həlledici oyunu qədər diqqət mərkəzindədi.

Əlbəttə, gec saatlarda hər kəs ekran arxasına keçib PSJ – “İnter” oyununu izləməyə çalışacaq. Amma 19.00-da başlayacaq “Qarabağ” – “Sabah” oyununu da həvəslə gözləməyə dəyər.

İndiyə qədər verilən açıqlamalardan belə aydın olur ki, Sumqayıtda anşlaq yaşanacaq. Bütün bunlar öz yerində. Sırf oyunun xarakteri ilə bağlı da düşündürücü məqamlar var.

Məsələn, “Sabah” son mövsümdə yalnız Krunoslav Renduliçin rəhbərliyi altında keçirdiyi ilk oyunda “Qarabağ”a uduzub. Vasili Berezutski “sükan arxasına” keçəndən sonra bu komandaların duellərində yalnız heç-heçə qeydə alınıb. Belədə “Qarabağ”ın aşkar favorit olduğunu deyənlərin dəlilləri nədi? Digər bir məqam: “Sabah”ın yalnız qələbə yolu ilə avrokuboklara vəsiqə qazana bilməsi reallığı həlledici rol oynamayacaqmı? Bu suallar ətrafında üç mütəxəssisin, eləcə də menecer Emil Şükürovun və həmkarımız Ceyhun Əliyevin fikrini öyrəndik.

Tərlan Əhmədov:

“Bu oyun yalnız “Qarabağ” və “Sabah” üçün önəm daşımır. “Turan Tovuz” və “Zirə” üçün də böyük əhəmiyyət daşıdığı üçün bizi maraqlı oyun gözləyir. Final oyununda favorit olmur. Təbii ki, “Qarabağ” futbolçularının ustalığına görə “Sabah”ı üstələyir. Amma Bakı təmsilçisinin avrokuboklarda iştirakı üçün qələbə qazanması vacibdi. Bu baxımdan “Sabah” meydana daha motivasiyalı çıxacaq. Buna baxmayaraq, şansların bərabər olduğunu düşünürəm”.

Vaqif Sadıqov:
“Kubokda həmişə şanslar bərabər olur. Baxmayaraq ki, hər komandanın öz üstünlükləri var. Bilirik ki, “Qarabağ”ın öz oyun tərzi var. Çempionluğu bir neçə tur əvvəldən təmin ediblər. Hazırda "qızıl dubl"a imza atmaq istəyirlər. Unutmayaq ki, “Sabah” da ilki gerçəkləşdirmək üçün meydana çıxacaq. Bizi sona qədər gərgin və maraqlı oyun gözləyir. Proqnozlar kağız üzərində qalacaq. “Sabah” motivasiya baxımından üstündü. “Qarabağ” isə təcrübəli komandadı. Fikrimcə, hər iki komandanın futbolçuları bu görüşü səbirsizliklə gözləyir. Güclü qalib gəlsin və Avropada bizi layiqincə təmsil etsin. Hər iki komandaya uğurlar arzulayıram”.

Azər Bağırov:
“Oyun maraqlı olmağına maraqlı olacaq. Düşüncəm odu ki, istər-istəməz “Qarabağ”ın çempion olması, üstün futbol oynaması məsələsi “Sabah”ın da beyninə həkk olunub. Psixoloji durumda bir az sıxıntı ola bilər. Amma ümumi götürəndə şansları 51-in 49-a nisbətində “Qarabağ”ın xeyrinə dəyərləndirirəm. Əlbəttə, “Qarabağ” və “Sabah” diqqətli olmalıdı . Bir səhv oyunun taleyini tam dəyişəcək”.

Emil Şükürov:
“Birmənalı şəkildə “Qarabağ”ı finalın favoriti sayıram. Bu mövsümü də sabit, yüksək səviyyədə keçirən ağdamlılardan fərqli “Sabah” “təlatümlü dəniz”ə bənzəyib. “Qızıl dubl” həmişə mövsümü yüksək notda bitirmək üçün yaxşı motivasiyadı. Digər tərəfdən, bu oyun Berezutski üçün “Sabah”dakı ilk, bəlkə də son mövsümündə nəsə qazanmaq şansıdı. Fikrimcə, “Qarabağ” oyunun taleyini əsas vaxtda həll edəcək”.

Ceyhun Əliyev:
“İstənilən sahədə texniki və fundamental təhlil növləri mövcuddu. Əlbəttə, texniki təhlil aparsaq, Berezutskinin bu mövsüm Qurbanova məğlub olmaması nəhəng məqam kimi qabardıla bilər. Ancaq məsələ burasındadı ki, çempionatda şəxsi görüşlərdə hansısa komandadan üstün olmaq hədəfi heç kimin qarşısına qoyulmur. Elə həmin Berezutskini dindirsəz, bütün görüşlərdə “Qarabağ”a məğlub olmağı, lakin medalçılar sırasına düşməyi üstün tutar. Kubokdə isə fərqli durumdu. Burda hər mərhələ bir finaldı. O başqa məsələ ki, motivasiya baxımından“Qarabağ”ın futbolçuları “titul acı” deyillər və bu baxımdan “Sabah” daha acdı. Üstəlik tərəzidə Avropa Liqasına vəsiqə dayanıb. Və burda da bu tərəzidə yalnız “Sabah” var. Bütün dediklərimə baxmayaraq, hesab edirəm ki, ağdamlılar cütün favoritidi”.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

31-05-2025, 13:0

İnqilab Məmmədov “Sabah”ın dörd, “Qarabağ”ın üç oyununu idarə edib - nəhəng finala 6 saat qaldı

Ölkə futbolu / Manşet

27-04-2025, 23:0

"Qarabağ"ı finalda favorit hesab edirik" - Vasili Berezutski

Ölkə futbolu / Manşet

30-05-2025, 19:0

“Qarabağ” “Sabah”la oyunlarda hesabı açır, amma...

Ölkə futbolu / Manşet

12-04-2025, 19:0

"Futbolla əlaqəsi olmayan “qırmızı” idi" - Vasili Berezutski

Ölkə futbolu

29-04-2025, 11:0

Son 11 mövsümün rekordu - 4 heç-heçə

Ölkə futbolu / Manşet

23-04-2025, 14:0

Rəvan Həmzəzadə “Qarabağ”, İnqilab Məmmədov “Sabah” üçün düşərlidi – araşdırma

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Dünən, 18:58
    London klubunda yeni təyinat
  • Dünən, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Dünən, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Dünən, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 230
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə