“Real”ın ən yaxşı futbolçusu seçildi

30.05.2025 22:24 11
Dünya futbolu
“Real”da 2024/25 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Klubun mətbuat xidmətinin məlumatına görə, Kilian Mbappe bütün oyundaşlarını arxada qoyub. O, yenicə sona çatan mövsümdə La Liqada 34 oyun keçirib, 31 qol vurub və 3 məhsuldar ötürmə edib. 26 yaşlı fransalı çempionatın bombardiri olub.

Kilianın Çempionlar Liqasında 14 oyun keçirib 7 qol vurduğunu və 2 məhsuldar ötürmə etdiyini də xatırladaq.