Braziliya çempionatında ötən ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Bu nominasiyanın qalibi “Palmeyras”ın hücumçusu Endrik olub. 17 yaşlı braziliyalı ötən mövsüm 53 oyun keçirib, 14 qol vurub və 1 məhsuldar ötürmə edib. “Palmeyras” 2023-cü ildə həm Braziliya çempionu olub, həm də Braziliya superkubokunu qazanıb.
Qeyd edək ki, Endrik bu yay 45 milyon avroya “Real”a keçəcək. Onun İspaniya klubu ilə razılaşdırdığı müqavilənin müddəti 2030-cu ilin yayına qədərdi. Yeri gəlmişkən, Endrik bu mövsüm 9 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.