"Lerik" uduzdu, "Şirvan" 2-ci liqaya yüksəldi

29.05.2025 19:24 26
Ölkə futbolu
Bu gün 2-ci liqaya vəsiqə uğrunda pley-off qarşılaşması keçirilib.

"Football-plus.az" xəbər verir ki, 2-ci liqada 13-cü pilləni tutan "Lerik" AFFA Region Liqasının finalçısı "Şirvan"la qarşılaşıb.

"ASCO Arena"da keçirilən matçda qalib gələn komanda "Şirvan" olub. Onlar növbəti mövsüm 2-ci liqada mübarizə aparacaqlar. Məğlub olan "Lerik" isə Region Liqasında iştirak edəcək.

Saat 16.00-da başlayan oyunu FİFA referisi Əliyar Ağayev idarə edib.