87 yaşında vəfat etdi

28.05.2025 21:24 16
İdman
Boks üzrə yüngül və orta çəkidə mütləq dünya çempionu Nino Benvenuti vəfat edib.

1960-cı ildə olimpiya çempionluğunu da qazanmış idmançı 87 yaşında ölüb. Tarixin ən yaxşı boksçularından sayılan Benvenuti peşəkar rinqdə keçirdiyi 90 döyüşün 82-dən (35-i nokautla) qələbə ilə ayrılıb.

Qeyd edək ki, o, həvəskarlar arasında keçirdiyi 120 döyüşün 119-da qalib gəlib.