Uayt Həbiblə Cordanı görüşdürmək istəyir

8.07.2023 10:00 216
İdman
UFC prezidenti Dana Uayt maraqlı addım atmaq niyyətindədi.

"Football-plus.az" xəbər verir ki, o, yüngül çəkidə sabiq dünya çempionu Həbib Nurməhəmmədovla MBA əfsanəsi Maykl Cordanın görüşünü təşkil etmək istəyir:

“Həbib heç vaxt məndən Cordanla görüşünü təşkil etməyimi istəməyib. Ancaq bu görüş möhtəşəm olardı. Mən bu variant üzərində işləməliyəm. Cordanın başqa idman növlərinin təmsilçiləri arasında böyük populyarlığı var. Həbiblə Cordan arasındakı oxşarlıqlara baxsaz, hər ikisi killerdi, mütləq killer və qalibdilər”.


Karyerasını 2020-ci ildə bitirən Həbib peşəkar rinqdə keçirdiyi 29 döyüşün hamısında qalib gəlib. Cordan isə ikiqat olimpiya və altıqat MBA çempionudu, tarixə ilk milyarder idmançı kimi düşüb.