Boks əfsanəsi vəfat etdi

7.10.2022 19:40 373
İdman
Braziliyalı əfsanəvi boksçu Eder Jofre 86 yaşında dünyasını dəyişib.

O, 1957-76 aralığında peşəkar boksda çıxış edib. 1960-cı və 1973-cü illərdə dünya çempionu olub.

Jofre karyerası boyunca keçirdiyi 78 görüşün 72-də qələbə qazanıb. Dörd dəfə heç-heçə edən braziliyalı boksçu yalnız iki dəfə uduzub. Maraqlıdı ki, hər hər iki məğlubiyyəti yaponiyalı Masahiko Haradadan alıb.

Qeyd edək ki, Jofrenin adı 1992-ci ildə Beynəlxalq Boks Şöhrət Zalına daxil edilib.