Xavi Ernandes “Barselona”dan haqqını tələb edir.
“Football-plus.az” xəbər verir ki, baş məşqçi vəzifəsindən istefaya göndərilən mütəxəssis müqavilənin vaxtından əvvəl ləğv olunmasına görə klubdan təzminat istəyir.
“Mundo Deportivo”nun məlumatına görə, 44 yaşlı məşqçi klubdan 2,5 milyon avro tələb edir. Bu, onun 2021-ci ildə “Barselona”ya gəlmək üçün “Əl-Sədd”ə ödədiyi təzminatın məbləğidi.
Xatırladaq ki, Xavinin İspaniya klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. Lakin rəhbərlik mayın 24-də onunla yolları ayırmaq qərarına gəldiyini açıqlamışdı.