Blan da Səudiyyə Ərəbistanında işləyəcək

15.07.2024 21:14 225
Dünya futbolu
Loran Blan özünə Səudiyyə Ərəbistanında yeni iş tapıb.

İnsayder Fabritsio Romanonun verdiyi məlumata görə, məşhur fransalı mütəxəssis “Əl-İttihad”a anlaşıb. 58 yaşlı Blan bu klubla “2+1 il” sxemi üzrə razılığa gəlib.

Blanın sonuncu iş yeri “Lion” olub. O, Fransa klubundan 2023-cü ilin sentyabrında ayrılıb.