Məşhur futbolçunun yolu Amerikayadı?

9.04.2025 23:05 6
Dünya futbolu
Kevin de Bruynenin yeni mövsümdən harda oynaya biləcəyi haqda növbəti xəbər yayılıb.

Bir neçə gün əvvəl mövsümün sonunda “Mançester Siti”dən ayrılacağını açıqlayan məşhur futbolçu ABŞ-də çıxış edə bilər. Belçikalı yarımmüdafiəçi “İnter Mayami”nin maraq dairəsinə düşüb. MLS təmsilçisi yayda onu heyətinə cəlb etməyi planlaşdırır.

Futbolçu ilə Səudiyyə Ərəbistanı klubları da maraqlanır, amma onun ABŞ-də oynamaq istədiyi iddia edilir.

Xatırladaq ki, “İnter Mayami”də Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba kimi ulduz futbolçular çıxış edir.