Lionel Messi “Barselona”dan olan keçmiş oyundaşı Ronaldinyonu arxada qoyub.
"Football-plus.az" xəbər verir ki, “İnter Mayami”nin hücumçusu MLS-in “Filadelfiya” ilə matçında (3:3) bir dəfə qapıya yol tapıb.
Messi karyerasında cərimə zərbəsi ilə 67-ci qolunu vurmaqla Ronaldinyonun göstəricisini (66) arxada qoyub.
Qeyd edək ki, Messi cərimə zərbəsi ilə vurulan qolların sayına görə Juninyo Pernambukano (77) ilə Peledən (70) geri qalır.
Messi Ronaldinyonu arxada qoydu
Dünya futbolu






