Azərbaycanda kütləvi futbol festivalı keçirildi

26.05.2025 15:17 7
Ölkə futbolu
FİFA-nın təşəbbüsü və dəstəyi, AFFA-nın təşkilatçılığı ilə 25 May – Dünya Futbol Günü münasibətilə kütləvi futbol festivalı keçirilib.

"Football-plus.az" xəbər verir ki, “ASCO Arena”da təşkil edilən festivala 80-dən çox uşaq qatılıb.

İştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.

Qeyd edək ki, 2024-cü ildən etibarən BMT-nin qərarı ilə 25 may Dünya Futbol Günü kimi qeyd edilir.