Ağcabədidə futbol festivalı keçirildi

7.10.2024 17:53 286
Ölkə futbolu
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Kütləvi Futbol Həftəsi çərçivəsində Ağcabədi Olimpiya Kompleksinin stadionunda 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.

"Football-plus.az" xəbər verir ki, 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.

Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, mütəxəssisi Orxan Mikayıllı və Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru Əfqan Həmzəyev təqdim ediblər.