Millimiz Türkiyə klubuna qalib gəldi

5.10.2023 11:34 233
Yığma
BƏƏ-də keçiriləcək dünya çempionatına hazırlıq çərçivəsində Türkiyədə təlim-məşq toplanışında olan minifutbol üzrə millimiz ilk yoldaşlıq görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv “Tuncay İdman Yurdu” ilə qarşılaşıb.

Görüş millimizin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Millinin qollarını Təmkin Xəlilzadə, Bəxtiyar Soltanov, Seymur Məmmədov (2) vurub.