“Sabah” Misli premyer-liqasının 36-cı turunda “Neftçi”ni məğlub etdi - 1:0.
“Football-plus.az” xəbər verir ki, oyundansonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Vasili Berezutski görüş haqda fikirlərini bölüşüb:
- Maraqlı oyun oldu. İki qırmızı vərəqə alındı. Hər iki komanda kəskin, çox qol epizodları gördük. Yaxşı ki, qalib gəldik. Kubok oyunöncəsi bizə özgüvən verəcək
- Final öncəsi sizi narahat edən nəsə var?
- Xeyr. Biz işləyirik. Az oynayanlara daha çox şans verdik ki, oyun ritmini tutsunlar. Çox oyun oynayanlara istirahət verdik. Sakit şəkildə finala hazırlaşırıq.
- ÇSKA-nın yubiley matçında yəqin ki, sabiq komanda yoldaşlarınızı, Valeri Qazzayevi final görüşünə dəvət etmisiz? Gələcəklər?
- Bilmirəm. Çətindi, amma demişəm(gülür). Kimi gördümsə, hamını finala dəvət etdim. Bəli, final görüşünü də müzakirə etmişik. Oyuna mütləq baxacaqlar. Amma harada baxacaqlarını bilmirəm.
- Vladimir Qabulov Rusiya mətbuatına açıqlamasında bildirib ki, keçmiş komanda yoldaşları ilə birlikdə Vaqner Lavı “Sabah”a dəvət etməyinizi məsləhət bilir. Hətta deyib ki, Lav “Sabah”ı çempion edə bilər. Bu haqda düşünmüsüz?
- Vaqner çox yaxşı, ağıllı oyunçudu. Yaş artdıqca sürəti azalsa da, yenə də korpusundan istifadə edərək yaxşı oynayır, topu kontrol edir. Əslində, çətin sualdır. Bilmək olmaz premyer-liqanı intensivliyən dözər, ya yox. Amma futbolçu kim Vaqner əla futbolçudu.