"Əfsuslar olsun ki, rəqib asanlıqla qollar vurdu" - Vasili Berezutski

29.03.2025 21:36 24
Ölkə futbolu / Manşet
"Sabah" Misli premyer-liqasının 28-ci tur matçında "Sumqayıt"ın meydanından "sülh"lə ayrıldı - 3:3.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Vasili Berezutski oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Azarkeşlər üçün çox maraqlı oyun alındı. Hər iki komanda qollar vurdu. Məncə, biz daha yaxşı oynadıq. Əfsuslar olsun ki, rəqib asanlıqla qollar vurdu.

- Kubokun yarımfinal matçına uyğun olaraq dəyişikliklər etdiz?
- Bəli. Bəzi futbolçuların kiçik zədələri var idi. Onlar komandayla birgə cəmi bir-iki məşq etmişdi. Düşünürəm ki, kubok oyununa qədər hazır olacaqlar.

- Çox heç-heçə edirsiz. Bu sindromu qıra biləcəksiz?
- Səbəbini bilmirəm... Bu gün müdafiə xəttində səhvlərə yol verdik və qollar buraxdıq. Hər oyunun öz hekayəsi var. Müdafiədə daha yaxşı olmalıyıq.

- Çempionatdakı iddianızdan əl çəkdiz?
- Xeyr. Hər oyunda 3-4-cü yerlər uğrunda mübarizə aparacağıq. Riyazi baxımdan şansımız var.

KƏNAN BAHADIR