"Oyundan razı olsam da, nəticədən narazıyam" - Vasili Berezutski

17.05.2025 19:17 18
Ölkə futbolu / Manşet
“Sabah” Misli premyer-liqasının 35-ci turunda “Zirə” ilə heç-heçə etdi - 1:1.

“Football-plus.az” xəbər verir ki, oyundansonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Vasili Berezutski görüş haqda fikirlərini bildirib.

- Çox yaxşı çıxış etdik. Rəqibə nisbətən qol fürsətləri yaratsaq da, istifadə edə bilmədik. Oyundan razı olsam da, nəticədən narazıyam.

- Final oyunu yaxınlaşdıqca həyəcan artırmı?
- Çempionatın hər oyununda qələbə qazanmaq istəyirik.

- “Neftçi” ilə oyun onların xeyrinə olacaq yoxsa ziyanına?
- Biz əlimizdən gələni edəcəyik ki, qalib ayrılaq. Daha çox əminlik hissi yaşayaq.

ƏSƏD SEYİDOV