"Prinsipcə, nəticələr olmadıqda qalmaq çətindi" - Vasili Berezutski

19.04.2025 19:52 13
Ölkə futbolu / Manşet
“Sabah” Misli premyer-liqasının 31-ci turunda “Səbail”i məğlub etdi- 3:2.

“Football-plus.az” xəbər verir ki, oyundansonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Vasili Berezutski görüş haqda fikirlərini bildirib.

- Demək olar ki, bu gün xarakter göstərdik. Ən pisi odu ki, 2 qol buraxdıq. Son oyunlarda qapımızda çox qol görürük.

- Bu gündən “Neftçi” ilə oyunla bağlı düşünməyə başlayacaqsız?
- Bəli. Çünki çoxlu dəyişikliklər etdik.

- Klub rəhbərliyi açıqlamasında bildirib ki, Kubokun finalına çıxmasa belə baş məşqçi ilə yolları ayırmayacağıq. Siz bu barədə nə düşünürsünüz?
- Prinsipcə, nəticələr olmadıqda qalmaq çətindi. Gələcəkdə nə olacağını deyə bilmərəm. Hazırda biz “Neftçi” ilə oyuna hazırlaşırıq.

ƏSƏD SEYİDOV