Nikoliç, Qomis və Alluş... - “Səbail” bu legionerlərlə dil tapmalıdı

20.05.2025 10:52 51
Aktual / Ölkə futbolu
Mövsümün sonuna iki tur qalmış elitadan gedəcəyi rəsmiləşən “Səbail”in gələn mövsüm 1-ci liqada da işləri elə də yaxşı olmayacaq.

Sponsor axtarışında olan “dənizçilər” bir neçə legionerlə vidalaşmağa məcburdu. Bəzilərinin müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Bunlar Dmitri Litvin, Gitay Sofir, Amir Bilali, Qorka Larusea, Madi Queta, İnnosent Nşuti və Ayman Bilalidi.

Müqavilə müddəti hələ davam edənlər isə Marko Nikoliç (“transfermarkt”da dəyəri 150 min avro), David Qomis (175 min), Süleyman Alluşdu (500 min). Müqavilə müddəti bitənlər öz yerində, Bayıl təmsilçisinin bu üç futbolçunu necə saxlayacağı sual doğurur. Nikoliçlə Alluşun müqavilə müddəti gələn yaya, Qomisin isə dekabrın 31-nə qədərdi. Bu da o deməkdi ki, “dənizçilər” ya Nikoliç, Qomis və Alluşdan pul qazanacaqlar, ya da legionersiz oynayacaqlar. Adı çəkilən legionerlərin 1-ci liqada oynamağa razılıq verəcəyi heç də inandırıcı görünmür. Bir sözlə, “Səbail” tezliklə çətin çağırışla üz-üzə qalacaq.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul