• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Nitsa” da ÇL-ə vəsiqə qazandı - İCMAL

Dünya futbolu

24-05-2025, 13:0

Fransa çempionatında 87-ci mövsüm şənbə günü başa çatdı.

Bir neçə tur əvvəldən çempionluğu təmin edən PSJ finişdə “Oser” üzərində əzmkar qələbə qazandı. Bir-birinin ardınca ölkə kubokunun və ÇL-in finalında oynayacaq paytaxt klubunun meydana əsas heyətlə çıxması anlaşılandı. 2-ci yeri “Renn”i məğlub edən “Marsel” tutdu. 3-cü yeri tutan “Monako” isə mövsümü acınacaqlı məğlubiyyətlə bitirdi. “Knyazlar” “Lans”la oyunda 4 qol buraxdı.

Beləliklə, Fransanı avrokubokların 2025/26 mövsümündə PSJ, “Marsel”, “Monako”, “Nitsa”, “Lill” və “Lion” təmsil edəcək. İlk 4 komanda Çempionlar, 5-ci komanda Avropa, 6-cı komanda Konfrans Liqasında oynayacaq. PSJ ölkə kubokunu qazanarsa, “Lion” Avropa Liqasında oynayacaq. Belədə “şirlər”in Konfrans Liqasındakı yerini 7-ci yerdə qərarlaşan “Strasbur” tutacaq. Elitada qalmaq uğrunda mübarizəyə gəlincə, “Monpelye” ilə “Sent-Etyen” 2-ci liqaya yuvarlandı. 2009/10 mövsümündən elitada oynayan “Monpelye” 2012-də tarixində ilk dəfə çempion olmuşdu. 10 qat ölkə çempionu “Sent-Etyen”in sonuncu belə uğuru isə 1981-ci ilə aiddi. Bu komandaları elitada “Loryan” və “Paris” əvəz edəcək. Liqa 1-də mövsümü 16-cı yerdə bitirən “Reyms” burdakı yerini qorumaq üçün aşağı dəstənin üçüncüsü “Mets”lə iki pley-off oyunu keçirəcək.

“Oser”i qəbul edən PSJ-nin baş məşqçisi Luis Enrike meydana əsas heyəti buraxmışdı. Axı mövsüm bu komanda üçün hələ bitmir. İrəlidə ölkə kubokunun və ÇL-in finalı var. Dembele yüzfaizlik qol imkanını qaçırdı, cavabında qonaqlardan Sinayoko hesabı açdı. Bir qədər sonra Mendeşin zərbəsi dirəkdən döndü. Çempion 2-ci hissədə oyunun axarına nəzarəti ələ aldı. Dembele iki imkanı qaçırandan sonra Kvaratsxeliya hesabı bərabərləşdirdi. 67-ci dəqiqədə Mendeşin uzaq dirək önünə asmasını Markinyos tamamladı – 2:1. 80-ci dəqiqədə PSJ penalti qazansa da, yenicə meydana çıxan Ramuş qapıçı ilə dueldən məğlub ayrıldı. Bununla belə, parislilər 3-cü qolu vurmağı bacardı. 88-ci dəqiqədə qapıçını da arxada qoyan Kvaratsxeliya oyunda son nöqtəni qoydu.

“Renn”i qəbul edən “Marsel” də əzmkar qələbə qazandı. Kone 14-cü dəqiqədə qonaqları irəli çıxardı, amma Qrinvud 21-ci dəqiqədə penaltini qola çevirməklə tablodakı rəqəmləri eyniləşdirdi. 6 dəqiqə sonra ingiltərəli forvard növbəti dəfə “nöqtə”yə yaxınlaşsa da, qapıçı komandasını xilas etdi. Bununla belə, hissənin sonuna qədər “Renn”in qapısına daha iki qol vuruldu. 38-cı dəqiqədə Rabyonun fərqlənməsinə şərait yaradan, bombardir olmaq arzusu ilə alışıb-yanan Qrinvud hissənin sonunda hesabı 3:1 etdi. Beləcə Meyson bombardirlər yarışında Dembeleyə çatdı. 2-ci hissədə komandalar hərəyə bir qol vurdu.

Ötən tur 3-cü yeri və ÇL-in əsas mərhələsinə vəsiqəni təmin edən “Monako”, deyəsən, bununla da işini bitmiş saydı. “Knyazlar” son turda heç bir motivasiyası olmayan “Lans”a 0:4 uduzdu. Hissənin ortalarında Könu Əl-Aynaui məyus etdi. 2-ci hissə başlayan kimi “qırmızı” ilə cəzalanan Maqassa “Monako”nu azlıqda qoydu. Bundan sonra meydan sahiblərinin qolları yağış kimi yağdı.

ÇL-də oynamağa imkan verən 4-cü yer uğrunda mübarizə son tura qədər getdi. Və bu mübarizədən “Nitsa” qalib ayrıldı. “Brest”lə ev oyununa çox ciddi əhval-ruhiyyə ilə çıxan “Nitsa” rəqib qapısından 6 cavabsız top keçirdi. “Qartallar” “Lill”i yalnız əlavə göstəricilərə görə qabaqladı. “Şimallı itlər” hesabat turunda “Reyms” üzərində çətin qələbə qazandı.

Evdə “Anje”ni iki cavabsız qolla məğlub edən “Lion” mövsümü 6-cı yerdə bitirdi. “Havr”ı qəbul edən “Strasbur” gözlənilmədən uduzdu. Halbuki bu komandanın ÇL-ə vəsiqə qazanmaq üçün nəzəri şansı qalmışdı. Amma elitada yerini qorumaq üçün qələbəyə hava-su kimi ehtiyac duyan “Havr” 6-cı uzatma dəqiqəsində qələbə topunu vurmaqla meydan sahiblərini şoka saldı.

Girişdə “Sent-Etyen”lə “Monpelye”nin elitada ilə vidalaşdığını vurğulamışdıq. “Yaşıllar” evdə “Tuluza”ya, “Monpelpe” səfərdə “Nant”a uduzdu.

34-cü tur
PSJ – Oser 3:1

Kvaratsxeliya, 59; 88. Markinyos, 67 – Sinayoko, 30. (47000)
PSJ: Donnarumma, Hakimi, Markinyos (Beraldo, 74), Paço, Mendeş, Neveş (Zair-Emeri, 60), Vitinya, Ruis (Mayulu, 60), Kvaratsxeliya, Dembele (Ramuş, 74), Barkola (Due, 60).

Marsel – Renn 4:2
Qrinvud, 21-p.; 45+1. Rabyo, 38; 90+3 – Kone, 14. Qomes, 78. (57274)
Marsel: Rulyi, Murilyo, Balerdi, Felipe (Lirola, 46), Merlen (Dediç, 64), Bennaser (Nadir, 64), Heybyerq, Rou (Arit, 71), Qrinvud, Rabyo, Quiri (Mope, 83).

Lans – Monako 4:0
Əl-Aynaui, 21; 56. Tomasson, 73. Zaruri, 78. (38160)
Monako: Kön, Sinqo, Teze (Vanderson, 46), Mavissa, Enrike, Maqassa, Kamara, Ben-Seqir (Akliuş, 83), Minamino (Zakariya, 83), Dyatta (Buabre, 66), İlenihena (Mişal, 74).

Lion – Anje 2:0
Lakazett, 55-p.; 72. (56517)

Nitsa – Brest 6:0
Gessand, 16. Lyabord, 19; 75. Buanani, 28-p. Moffi, 82. Abdi, 90+4. (30298)

Sent-Etyen – Tuluza 2:3
Tardye, 38. Batubinsika, 63 – Kamanzi, 10. Kinq, 15. Qboo, 58. (38725)

Lill – Reyms 2:1
Kabella, 37. Ekpom, 86-p. – Akyeme, 60. (45599)

Strasbur – Havr 2:3
Santos, 20. Nanasi, 53 – Ture, 43-p.; 90+6-p. Kazimir, 70. (19280)

Nant – Monpelye 3:0
Simon, 18-p. Koklen, 31. Ablin, 79. (34780)

Yekun cədvəl
1. PSJ 34 26 6 2 92-35 84
2. Marsel 34 20 5 9 74-47 65
3. Monako 34 18 7 9 63-41 61
4. Nitsa 34 17 9 8 66-41 60
5. Lill 34 17 9 8 52-36 60
6. Lion 34 17 6 11 65-46 57
7. Strasbur 34 16 9 9 56-44 57
8. Lans 34 15 7 12 42-39 52
9. Brest 34 15 5 14 52-59 50
10. Tuluza 34 11 9 14 44-43 42
11. Oser 34 11 9 14 48-51 42
12. Renn 34 13 2 19 51-50 41
13. Nant 34 8 12 14 39-52 36
14. Anje 34 10 6 18 32-53 36
15. Havr 34 10 4 20 40-71 34
16. Reyms 34 8 9 17 33-47 33
17. Sent-Etyen 34 8 6 20 39-77 30
18. Monpelye 34 4 4 26 23-79 16

Bombardirlər: Qrinvud (Marsel), Dembele (PSJ) – 21, Kalimuendo (Renn) – 17, Devid (Lill) – 16, Lakazett (Lion) – 15.

Turun rəqəmi
200 – Lakazett “Lion”un heyətində bütün turnirlər çərçivəsində keçirdiyi 391-ci oyunda qol sayını bu həddə çatdırdı. Yalnız Fleri Di Nallo “Lill” üçün bundan daha çox (222) qol vurub.

Turun ulduzu
Meyson Qrinvud (Marsel) – demək olar ki, inanılmazı bacardı. Liqa 1-də debüt mövsümündəcə 21 qol vurmaq, bombardirlən biri olmaq ciddi uğurdu. İngiltərəli hücumçu konkret son turda bir penaltini qaçırsa da, dubl etdi və məhsuldar ötürmə verdi.

Turun sitatı
Tyaqo Skuro, “Monako”nun baş direktoru:

“Hər mövsüm ÇL-də oynamaq istəyirik. İlk üç yerdən birini tutmaq bizim üçün çox vacib idi, bu mənada mövsümü uğurlu sayıram. Ancaq daha yaxşı çıxış edə bilərdik, bəzi səhvlərdən qaçmalıydıq. “Lans”la oyunun nəticəsi də məni qətiyyən razı salmadı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-05-2024, 20:0

“Monako” ÇL-ə vəsiqəni təmin etdi

Dünya futbolu

4-04-2025, 23:0

PSJ-nin çempionluğu ertələndi - İCMAL

Dünya futbolu

17-05-2025, 10:0

“Marsel”lə “Monako” ÇL-ə vəsiqəni təmin etdi - İCMAL

Dünya futbolu

16-04-2024, 22:0

“Lion” qələbə topunu 90+15-ci (!) dəqiqədə vurdu - TURUN İCMALI

Dünya futbolu

13-01-2025, 23:0

“Marsel” darmadağın etdi, “Lion” “Lill”ə çatdı - İCMAL

Dünya futbolu

18-11-2024, 17:0

PSJ və “Monako” qələbə qazandı, “Marsel” büdrədi - İCMAL

Aktual
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
“Sabah”ın matçını bu kanal göstərəcək
Son xəbərlər
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 102
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə