Taekvondo üzrə gənclərdən ibarət yığma komandamızın təlim-məşq toplanışı start götürüb.
"Football-plus.az" xəbər verir ki, hazırlıqlar millinin baş məşqçisi Rəşad Məmmədov, məşqçilər Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında keçirilir.
Təlim-məşqlərin keçirilməsində məqsəd iyulun 20-26-də Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osijek şəhərlərində keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.