Millimiz Polşada təlim-məşq toplanışı keçir

16.05.2022 13:32 528
İdman
Azərbaycanın cüdo üzrə gənclərdən ibarət yığma komandası Polşada təlim-məşq toplanışı keçir.

"Football-plus.az" xəbər verir ki, Zakopane şəhərində təşkil olunan toplanışa baş məşqçi Elxan Məmmədovun rəhbərliyi altında 15 idmançı qatılıb.

Qeyd edək ki, təlim-məşq toplanışına dünyanın müxtəlif ölkələrindən gənc idmançılar qatılıblar. Təlimlər may ayının 27-ə qədər davam edəcək.