Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında

18.10.2024 12:37 355
İdman
Cüdo üzrə qadınlardan ibarət yığmamızın üzvləri Olimpiya təlim-məşq toplanışına qatılıb.

"Football-plus.az" xəbər verir ki, oktyabrın 14-də start götürən hazırlıq Avropa Cüdo Birliyi tərəfindən təşkil olunub.

Hazırlıq prosesində qadınlardan ibərət millimizin 7 idmançısı iştirak edir. Cüdoçulara qadınlardan ibarət yığma komandanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir. Təlim-məşq toplanışı 15-17 noyabrda Polşanın Pila şəhərində keçiriləcək 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, Malaqa toplanışı ayın 19-da yekunlaşacaq.