"Sabah" "Fənərbaxça" və "İstanbul BŞ" ilə eyni turnirdə

22.05.2025 16:03 50
Ölkə futbolu
“Sabah”ın U-12 komandası beynəlxalq turnirdə iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, komanda Türkiyənin Rize şəhərində təşkil olunacaq “Rize Cup” turnirində qüvvəsini sınayacaq.

Turnirdə “Sabah”la yanaşı, Türkiyədən “İstanbul BŞ”, “Fənərbaxça”, “Qaziantep”, “Gənclərbirliyi”, “Rizespor” və “Samsunspor”, həmçinin Gürcüstanın “Dinamo” (Batumi) komandaları da iştirak edəcək.

“Rize Cup” 29 may – 1 iyun tarixlərində keçiriləcək.