"Qarabağ"ın U-16-sı beynəlxalq turnirdə iştirak edəcək

5.09.2024 14:33 423
Ölkə futbolu
"Qarabağ"ın 16 yaşadək futbolçulardan ibarət komandası İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, Neapol şəhərində təşkil olunacaq “Blue Devils Cup” turnirində 24 komanda mübarizə aparacaq.

İştirakçılar arasında “Yuventus”, “Napoli”, “Roma”, “Fiorentina” və “Dinamo” (Zaqreb) kimi tanınmış klublar da var.

C qrupunda yer alan "Qarabağ" sabah “Tor Tre Teste”, ardınca “Benevento” ilə görüşəcək. Ertəsi gün rəqib “Sanseverines” olacaq.

Qrup qalibləri və ikinci yerin sahiblərindən ən yaxşı nəticəyə malik iki komanda 1/4 finala yüksələcək. Qalan iştirakçılar isə aşağı pillələr uğrunda mübarizəni davam etdirəcək.

Qeyd edək ki, “Blue Devils Cup” turnirinə sentyabrın 8-də yekun vurulacaq.