Boks millimiz beynəlxalq turnirdə iştirak edəcək

23.09.2024 21:34 125
İdman
Azərbaycanın boks millisi sabah Polşanın Keltse şəhərində Feliks Stammın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, yarışda məşqçi Ceyhun Abiyev 2 boksçuya şans verəcək.

Yığma üzvlərindən Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) rinqə çıxacaqlar.

Qeyd edək ki, turnir 4 gün davam edəcək.