Bu gün həndbol üzrə ölkə kubokunda yarımfinal mərhələsinə start verilib.
"Football-plus.az" xəbər verir ki, ilk oyun günündə əvvəlcə qadınlardan ibarət “Qarabağ” və “Azəryol” meydançaya çıxıb.
“AHF Arena”da keçirilən görüşün ilk hissəsi nominal qonaqların 3 xallıq üstünlüyü ilə yekunlaşıb - 17:14. Fasilədən sonra da təşəbbüsü əldən verməyən “Azəryol” matçı 35:26 hesablı qələbə ilə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, digər finalçı sabah keçiriləcək “Kür” – “İdman Akademiyası” görüşündə müəyyənləşəcək.