Son çempion "Qarabağ"ı məğlub etdi

12.12.2022 09:22 259
İdman
Həftəsonu qadın həndbolçuların Azərbaycan çempionatının növbəti oyunları keçirilib.

Football-plus.az xəbər verir ki, 3-cü turun ilk matçında meydançaya “Azəryol” və “Qarabağ” komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan görüşün ilk hissəsində 6 topluq üstünlük qazanan “Azəryol” fasilədən sonra da təşəbbüsü əldən verməyib. Qarşılaşma 33:30 hesabı ilə son çempionun xeyrinə başa çatıb.

“U-16” – “İdman Akademiyası” görüşündə nominal qonaqlar inamlı oyun sərgiləyiblər. İlk hissəni 27-14 hesabı ilə irəlidə başa vuran ”tələbələr” qalan vaxtda üstünlüyü daha da artırıblar – 47:21.