Ölkə kubokunda finalçılar bəlli olub

30.05.2024 14:13 135
İdman
Kişi həndbolçular arasında ölkə kubokunda finalçılar müəyyənləşib.

Yarımfinalda "Azəryol" "Dinamo" ilə, "Bakı" isə "Qarabağ"la üz-üzə gəlib. "AHF Arena"da keçirilən görüşlərdə "Azəryol" "Dinamo" üzərində 45:28 hesablı qələbə qazanıb. "Bakı" isə "Qarabağ"ı məğlub edib - 34:28.

Beləliklə, finalda "Bakı" və "Azəryol" qarşılaşacaq. Həlledici oyun mayın 30-da keçiriləcək.