"Kür" və "Azəryol" ölkə çempionu oldu

18.05.2025 12:33 6
İdman
Həndbol üzrə ölkə çempionatlarında 1-4-cü yerlər uğrunda son oyunlar keçirilib.

"Football-plus.az" xəbər verir ki, "AHF Arena"nın meydançası əvvəlcə qadınlardan ibarət "Kür" və "Azəryol" komandalarının ixtiyarına verilib.

Gərgin mübarizə ilə yadda qalan oyun Mingəçevir təmsilçisinin xeyrinə nəticələnib - 26:24. Bu qələbədən sonra "Kür" növbəti çempionluğunu rəsmiləşdirib

Kişilərdən ibarət "Kür" komandası isə son turda "Azəryol"a 34:33 hesabı ilə qalib gəlib. Məğlub olmasına baxmayaraq, "Azəryol" ölkə çempionu tituluna sahib çıxıb.