AFFA "Zirə" və "Şamaxı"nı cərimələdi

21.05.2025 14:15 4
Ölkə futbolu
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda Misli premyer-liqasının 35-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “qartallar” 800 manat cərimə edilib.

"Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün “şirlər” 700 manat cərimə edilib.