“Yəqin ki, İmişlidə oynayacağıq. Təbii örtükdə” – xoş xəbər?

21.05.2025 10:00 97
Aktual / Ölkə futbolu
Gələn mövsüm premyer-liqada çıxış edəcək “İmişli”nin stadion problemi hələ də həllini tapmayıb.

Düzdü, bir ara Aran təmsilçisinin ev oyunlarını Bakıda – “ASCO Arena”da keçirəcəyi deyilirdi. Hətta “Səbail”in elitadan getməsi bu mənada “İmişli”nin manevr imkanlarını genişləndirib. Axı premyer-liqa ilə 1-ci liqada oyunlar fərqli günlərdə keçirilir. “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlovdan bu yöndə hansısa yeniliyin olub-olmadığını soruşduq:
“Hələ ki dəqiq heç nə deyə bilmərəm, amma yəqin ki, İmişlidə oynayacağıq. Təbii örtükdə”.

MÜZƏFFƏR QULUZADƏ