Lissabonu tərk edəcək

20.05.2025 22:29 19
Dünya futbolu
Anxel Di Mariya tezliklə Lissabonu tərk edəcək.
37 yaşlı yarımmüdafiəçi artıq “Benfika”nın azarkeşləri ilə vidalaşıb.


O, sosial şəbəkə hesabındakı paylaşımında 34-cü turda “Braqa” ilə keçirilən matçda “Benfika”nın forması ilə sonuncu oyununa çıxdığını bildirib.
2023-cü ildən “Benfika”da çıxış edən Di Mariyanın müqaviləsinin müddəti iyunun 30-na qədərdi.

O, bu mövsüm komandada 39 oyun keçirib, 15 qol vurub və 10 məhsuldar ötürmə edib.