Güləşçimiz Kaspiyskdə bürünc medal qazandı

18.05.2025 22:29 7
İdman
Rusiyanın Kaspiysk şəhərində sərbəst güləş üzrə 5 qat dünya çempionu Əli Əliyevin xatirə turniri keçirilir.

"Football-plus.az" xəbər verir ki, 55-ci dəfə keçirilən Memorialda bu gün 57, 65, 74, 86 və 97 kq-da medalçılar müəyyənləşib.

Milli komandanın üzvü Musa Ağayev (65 kq) ənənəvi yarışda bürünc medal qazanıb.

Sabah 61, 70, 79, 92 və 125 kq-da qaliblərin adlarına aydınlıq gələcək.