Güləşçilərimizdən 10 medal

3.05.2023 22:58 250
İdman
Son 1 həftədə yeniyetmə və gənc güləşçilərimiz bir neçə beynəlxalq yarışda iştirak edib.

“Football-plus.az” xəbər verir ki, onlardan biri də aprelin 30-dan mayın 2-dək Türkiyənin Antalya şəhərində keçirilən gənclər (U20) arasında "Çempionlar" turniri olub.

Ənənəvi yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil edib. Ümumilikdə 10 (3 qızıl, 2 gümüş, 5 bürünc) medal qazanıb.

Sərbəst güləş:
Qızıl medal:
Ceyhun Allahverdiyev (61 kq)
Ramik Heybətov (65 kq)

Gümüş medal:
Ruslan Abdullayev (57 kq)

Bürünc medal:
Cavidan Əhmədov (70 kq)
Əkbər Vəliyev (74 kq)
Təbriz Bayramov (86 kq)
Zəfər Əliyev (97 kq)

Qadın güləşi:

Qızıl medal:
Gültəkin Şirinova (53 kq)

Gümüş medal:
Ruzanna Məmmədova (55 kq)

Bürünc medal:
Əsmər Cankurtaran (53 kq)

Qeyd edək ki, “Çempionlar” turnirində II dərəcəli beynəlxalq hakim Xəzər Allahverdiyev ədaləti qoruyub.