Azərbaycanda tarixin yaddaşına köçən klub qayıdır! - bölgə təmsilçisidi...

18.05.2025 21:54 490
Ölkə futbolu / Manşet
2000-ci ildə təsis olunan “Həkəri” yenidən fəaliyyətini davam etdirə bilər.

Redaksiyamıza daxil olan məlumata görə, klubun təsisçisi Cavanşir Əliyevin belə niyyəti var. Əliyevlə əlaqə saxlayaraq, bu yöndə fikrini öyrəndik:

“Klubun fəaliyyətini bərpa etmək istəyirik. Sponsor problemi olduğuna görə qalmışıq. Niyyətimiz odu ki, birbaşa 1-ci liqadan başlayaq. Çoxdanın klubuyuq, həvəskarlar liqasının qalibi olmuşuq. AFFA-nın qərarını gözləyirik. Heç olmasa, Region Liqasından başlamaq istəyirik. Hələ ki Qubadlıya qayıtmamışıq. Ya Bakıda, ya da Sumqayıtda icarəyə stadion götürüb oynamaq istəyirik”.

MÜZƏFFƏR QULUZADƏ