"Oyunçuları matça kökləmək çox çətin oldu" - Elvin Məmmədov

18.05.2025 20:19 15
Ölkə futbolu / Manşet
"Səbail" Misli premyer-liqasının 35-ci tur matçında "Neftçi"nin meydanından məğlub ayrıldı - 0:3.

"Football-plus.az" xəbər verir ki, "dənizçilər"in məşqçisi Elvin Məmmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Premyer-liqanı tərk edəcəyimiz rəsmiləşib. Bu üzdən oyunçuları matça kökləmək çox çətin oldu. Danışıqlarımız fayda vermədi. "Neftçi"nin mövsümü 5-ci pillədə bitirmək şansı var. Buna görə aqressiv oynayacaqlarını təxmin edirdik. Növbəti matç haqda düşünməliyik.

- Heyət formalaşdırmaq baxımından artıq 1-ci liqaya köklənmisiz?
- Hələ bu yöndə rəhbərliklə müzakirəmiz olmayıb. Ümid edirəm ki, yenidən iddialı "Səbail" araya-ərsəyə gətirib premyer-liqaya qayıtmaq mümkün olacaq. Bu haqda danışmaq tezdi. Maliyyə məsələləri var.

KƏNAN BAHADIR