Din Höysenin yeni mövsümdən harda oynayacağı rəsmən açıqlanıb.
“Real” gənc futbolçunun transferini reallaşdırıb. Madrid klubu “Bornmut”un müdafiəçisinin transferi üçün razılığa gəldiyini açıqlayıb. 20 yaşlı futbolçu ilə razılaşdırılan müqavilənin müddəti 2030-cu ilin yayına qədərdi. Höysen iyunun 1-də rəsmən İspaniya klubunun oyunçusu olacaq.
O, bu mövsüm “Bornmut”un heyətində bütün turnirlərdə 34 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.