Erik Dayerin “Bavariya”nı tərk edəcəyi bir neçə həftə əvvəl məlum olmuşdu.
Təcrübəli futbolçu artıq “Monako” ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı müdafiəçinin Almaniya klubu ilə müqaviləsinin müddəti yayda bitəcək. Erik iyulun 1-də azad agent statusunda “Monako”ya keçəcək. Bir müddət əvvəl mətbuatda yayılan xəbərlərə əsasən, Dayer yeni klubu ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacaq.
O, bu mövsüm “Bavariya”nın heyətində 27 oyuna çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə edib.