PSJ bu ay növbəti transferini reallaşdırıb. Fransa klubu braziliyalı futbolçunun keçidini rəsmən açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, Paris klubunun rəsmi saytı “Korintians”dan Qabriel Moskardonun transfer edildiyini xəbər verib. 18 yaşlı yarımmüdafiəçi ilə müddəti 2028-ci ilin yayına qədər razılaşdırılan müqavilə imzalanıb. Qabriel 6 ay icarə əsasında “Korintians”da çıxış edəcək və Paris klubuna yeni mövsümün əvvəlində qoşulacaq. İnsayder Fabritsio Romano bu keçidin PSJ-yə 20 milyon avroya başa gəldiyini və klubun bonus kimi daha 2 milyon xərcə düşə biləcəyini xəbər verib.
Braziliyalı futbolçu A seriyasının son mövsümündə 18 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.