"Sumqayıt" Misli premyer-liqasının 35-ci tur matçında evdə "Turan Tovuz"a uduzdu - 0:1.
"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Vurğun Hüseynov oyunsonrası mıtbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Hələ ki özümü məşqçi saymıram. Özümüzü məşqçi saysaq, illərdi nəticə qazanan məşqçilərə hörmətsizlik edərik. Vüqar Mustafayev karyerasını başa vurdu. Ona ən xoş arzularımı çatdırıram. Biz demək olar ki, nəsə etməmişdik. Futbolçular özləri oynadı. Sağolsunlar. Sonuncu ev oyunumuz idi. Azarkeşlərə yaxşı nəticə hədiyyə etmək istəsək də, alınmadı.
- Baş məşqçi olmaq istəyərsiz?
- İllərlə futbol oynamışam. Lakin məşqçilik tam başqa şeydi. Həqiqətən, çox çətindi. Futbol oynamağa nə var ki? Məşqçi bütün kollektivə cavabdehdi. Bunun üçün böyük təcrübə lazımdı. Məşqçi ola bilməsəm, başqa sahəyə yönələcəm.
- Məğlubiyyətin səbəbi nə idi? Vaqif Cavadovun gedişi komandaya necə təsir etmişdi?
- Vaqif müəllimə uğurlar arzu edirəm. Məşqçisənsə, bu gün işləyirsən, sabah yox. Futbolçular peşəkardı. Onların üzərinə düşən mübarizə aparmaqdı.
KƏNAN BAHADIR