“Qarabağ”a qarşı bu cür heç-heçədən məmnunam" - Vasili Berezutski

22.02.2025 21:14 310
Ölkə futbolu / Manşet
“Sabah” Misli premyer-liqasının 24-cü turunda “Qarabağ”la heç-heçə etdi - 1:1.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Vasili Berezutski mətbuat konfransında görüş haqda fikirlərini bildirib.

- Çox maraqlı oyun alındı. Hava şəraitinin kəskin olmasına baxmayaraq qarşılıqlı hücumlar oldu. Oyunun sonlarında qol fürsətlərimiz oldu. “Qarabağ”a qarşı bu cür heç-heçədən məmnunam.

- Müdafiədə etibarlı idiniz. Hücumçular biraz məsuliyyətsiz yanaşırdılar. Bu nəynən bağlıdı?
- Məşqlərdə bizim qədər hücumun sonlandırılması yönündə işləyən komanda yoxdu. Komandamın topla çıxışından narazı qaldım. Çoxlu top itkiləri olurdu.

- Burda futbolçu kimi çıxış etmisiniz. Məşqçi kimi də burdasınız. Hazırda hansı nostalji hisslər yaşadınız?
- “Neftçi” ilə oyunda ehtiyat oyunçular skamyasında oturmuşdum. Əfsanəvi stadionda oynamaq mənim üçün unudulmaz hisslərdi.

- “ÇSKA”da Kadi Borgesə qarşı idiz. Burda da Kadiyə qarşısız…
- Çox keyfiyyətli oyunçudu. 10 komandanın heyətində ilk “11-lik”də başlıya biləcək oyunçudu.

ƏSƏD SEYİDOV