• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Nyukasl” vacib qələbə qazandı, MS büdrədi - İCMAL

Dünya futbolu

17-05-2025, 11:0

36-cı tur bəzi gözlənilməz nəticələrlə yadda qaldı.

Turun mərkəzi oyununda mövsümün ən güclü komandaları qarşılaşdı. “Liverpul” ilk yarıdan sonra 2:0 öndə olsa da, “Arsenal” fasilədən sonra xarakter göstərib hesabı bərabərləşdirdi. “ÇL zonası”na qalan vəsiqələr uğrunda amansız mübarizə gedir.

“Nyukasl” bu mənada “Çelsi” üzərində önəmli qələbə qazandı, “Mançester Siti” isə hamıdan zəif “Sauthempton”la oyunda xal itirdi. Elə ÇL-ə can atan “Nottingem Forest”in “Lester”in müqavimətini qıra bilməməsi də gözlənilməz oldu.

“Liverpul” – “Arsenal” oyununun 21-ci dəqiqəsində hesab artıq 2:0 idi. 20-ci dəqiqədə Robertsonun asmasından sonra Qakpo topu başla qapıya göndərdi. Bir dəqiqə sonra isə Dias fərqi artırdı. “Liverpul” 3-cü qolu da vursaydı, çox güman, intriqa bitəcəkdi. Sadəcə, Rayya Consun zərbəsinin öhdəsindən gələ bildi. 2-ci hissə başlayan kimi “topçular” qollardan birinin əvəzini çıxdı. 70-ci dəqiqədə tablodakı rəqəmlər eyniləşdi. Hesabı bərabərləşdirən Merino 9 dəqiqə sonra 2-ci sarı vərəqə ilə üzləşərək komandasını azlıqda qoydu. “Liverpul” sonda qələbə topunu vurmaq üçün çox çalışsa da, Teylorun final fiti heç-heçəni rəsmiləşdirdi.

Turun ən gözlənilməz nəticəsi “Sauthempton” – MS oyununda qeydə alındı. Çoxdan aşağı düşməsi rəsmiləşən “müqəddəslər”in qonağı olan Qvardiolanın komandası “ÇL zonası”nda möhkəmlənmək üçün qələbəyə ehtiyac duyurdu. MS ilk yarıda böyük üstünlüyə malik olsa da, təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkdi. Fasilədən sonra favorit təzyiqi bir qədər də artırdı. Epizodların birində müdafiəçi Stivens topu boş qapıdan çıxardı. 82-ci dəqiqədə qapıçı Ramsdeyl Diaşın zərbəsinə inanılmaz reaksiya göstərdi. Qapıya 26 zərbə vuran MS-nin sonda heç-heçə ilə kifayətlənməkdən başqa yolu qalmadı.

“Çelsi”ni qəbul edən “Nyukasl” qələbə sayəsində 3-cü pilləyə yüksəldi. “Sağsağanlar” dərhal qələbə niyyətini ortaya qoydu. Onlar artıq 2-ci dəqiqədə irəli çıxdı – italiyalı yarımmüdafiəçi Tonali hesabı açdı. Hücumda heç nə edə bilməyən “Çelsi”nin oyunçularından Ceksonun əsəbləri dözmədi – seneqallı forvard 36-cı dəqiqədə havada mübarizə zamanı dirsəyi ilə Botmanın sifətinə zərbə vurduğundan birbaşa “qırmızı” gördü. Azlıqda qalan “zadəganlar” hesabı bərabərləşdirmək niyyətindən əl çəkmədi. Kukurelya ilə Fernandesin fərqlənmək imkanı oldu. Amma lap sonda 2-ci qolu vuran Gimarayns “Çelsi”nin xal ümidini “dəfn etdi”. “Nyukasl” bu qələbə ilə ÇL-ə dönüş yolunda çox önəmli addım atdı.

MY azarkeşlərini yenə məyus etdi. “Qırmızı şeytanlar” “doğma divarlar” arasında “Vest Hem”ə uduzdu. “Çəkicdöyənlər”in 26-cı dəqiqədə “çərçivə”yə ilk zərbəsi qolla nəticələndi. 2-ci hissədə hesabı bərabərləşdimək üçün irəli atılan meydan sahibləri növbəti dəfə cəzalandı. 57-ci dəqiqədə Bouen fərqi artırdı. MY ən azı təsəlli qolunu vurmağa layiq idi. Amma Heylunn 2 metrdən qapıya yol tapa bilmədi, daha dəqiqi, Areolya onun zərbəsini dəf etdi. Nəticədə qələbəsiz oyunlar seriyasını 8-də dayandıran “Vest Hem” MY-ni turnir cədvəlində arxada qoydu.

Evdə “Lester”in müqavimətini qıra bilməyən “Nottingem Forest” 7-ci pilləyə düşdü. Komandalar ilk yarıda hərəyə bir qol vurdu. “Tülkülər”dən Kodi fərqləndi, “meşəçilər”dən isə Gibbs-Uayt. 56-cı dəqiqədə Vud meydan sahiblərini irəli çıxaranda düşünmək olardı ki, onlar qələbəni əldən verməyəcək. Ancaq sona 9 dəqiqə qalmış Buonanotte “status-kvo”nu bərpa etdi. “Meşəçilər”in belə nəticələrlə ÇL-ə vəsiqə qazanması çətin olacaq. “Aston Villa”nın isə “top-5”ə düşmək baxımından yaxşı şansı var. Unay Emerinin komandası səfərdə “Bornmut”u məğlub etməklə 5-ci pillədəki “Çelsi”yə çatdı.

Bu mövsüm nəticələri utanc doğuran komandalardan biri də “Tottenhem”di. Evdə “Kristal Pelas”a uduzan “mahmızlar” 17-ci pilləyə yuvarlandı. Eze bu oyunda dubl etdi. Cari mövsümdə 20-ci məğlubiyyətini alan “Tottenhem” yalnız Avropa Liqasını qazanmaqla azarkeşlərini sakitləşdirə bilər.
Turun qalan oyunlarına gəlincə, “İpsviç”lə oyunda qələbə qazanmaq üçün “Brentford”a bir qol bəs etdi. “Fulhem”in qonağı olan “Everton” əzmkar qələbə qazandı. “Brayton” “Vulverhempton”un qapısına hər hissədə bir qol vurdu.

36-cı tur
Liverpul – Arsenal 2:2

Qakpo, 20. Dias, 21 – Martinelli, 47. Merino, 70.
Liverpul: Alisson, Bredli (Aleksander-Arnold, 67), Konate, Van Diyk, Robertson, Qravenberx (Elliott, 83), Cons (Nunyes, 67), Salah, Soboslai, Qakpo (Makallister, 66), Dias (Jota, 79).
Arsenal: Rayya, Uayt (Kalafyori, 78), Saliba, Kivyor, Lüis-Skelli, Edeqor, Parti, Merino, Saka (Zinçenko, 88), Trossar (Tirni, 78), Martinelli.

Sauthempton – Mançester Siti 0:0
(30937)
MS: Ederson, Lüis (O’Rayli, 76), Akanci, Diaş, Qvardiol, B.Silva, Makeyti (Dokyu, 46), Kovaçiç (Marmuş, 86), De Bruyne, Foden (Savinyo, 76), Holann.

Nyukasl – Çelsi 2:0
Tonali, 2. Gimarayns, 90+1. (52231)
Çelsi: Sançes, Kaysedo, Çaloba (Sanço, 75), Koluill, Kukurelya, Lavia (Hüsto, 75), Fernandes, Neto, Palmer, Madueke (Ceyms, 46), Cekson.

Mançester Yunayted – Vest Hem 0:2
Souçek, 26. Bouen, 57. (73804)
MY: Bayındır, Mazraui, Yoro (Maquayr, 52), Şou (Lindelöf, 52), Dyallo (Eriksen, 83), Maynu, Uqarte (Dorqu, 59), Amass, Fernandeş, Maunt (Qarnaço, 59), Heylunn.

Tottenhem – Kristal Pelas 0:2
Eze, 45; 48. (60254)
Tottenhem: Kinski, Porro (Son Hın Min, 58), Danso, Devis, Spens, Sarr, Qrey, Kulusevski (Mur, 19), Bentankur (Bissuma, 46), Tel, Odober.

Fulhem – Everton 1:3
Ximenes, 17 – Mikolenko, 45+3. Kin, 70. Betu, 73. (27653)

İpsviç – Brentford 0:1
Şade, 18. (29511)

Vulverhempton – Brayton 0:2
Uelbek, 28-p. Qruda, 85. (31297)

Bornmut – Aston Villa 0:1
Uotkins, 45+6.

Nottingem Forest – Lester 2:2
Gibbs-Uayt, 25. Vud, 56 – Kodi, 16. Buonanotte, 81. (30245)

1. Liverpul 36 25 8 3 83-37 83
2. Arsenal 36 18 14 4 66-33 68
3. Nyukasl 36 20 6 10 68-45 66
4. Mançester S. 36 19 8 9 67-43 65
5. Çelsi 36 18 9 9 62-43 63
6. Aston Villa 36 18 9 9 56-49 63
7. Nottingem F. 36 18 8 10 56-44 62
8. Brentford 36 16 7 13 63-53 55
9. Brayton 36 14 13 9 59-56 55
10. Bornmut 36 14 11 11 55-43 53
11. Fulhem 36 14 9 13 51-50 51
12. Kristal Pelas 36 12 13 11 46-48 49
13. Everton 36 9 15 12 39-44 42
14. Vulverhempton 36 12 5 19 51-64 41
15. Vest Hem 36 10 10 16 42-59 40
16. Mançester Y. 36 10 9 17 42-53 39
17. Tottenhem 36 11 5 20 63-59 38
18. İpsviç 36 4 10 22 35-77 22
19. Lester 36 5 7 24 31-78 22
20. Sauthempton 36 2 6 28 25-82 12

Bombardirlər: Salah (Liverpul) - 28, İsak (Nyukasl) – 23, Holann (MS) – 21, Vud (Nottingem Forest) – 20, Mbemo (Brentford) – 18.

Turun rəqəmi
75 – “Aston Villa”nın heyətində premyer-liqada qol sayını bu həddə çatdıran Olli Uotkins klubun bombardiri oldu. O, Qabriel Aqbonlahoru arxada qoydu.

Turun ulduzu
Ebereçi Eze (Kristal Pelas) – daim rəqib müdafiəsini gərginlikdə saxladı, dubl etməklə qələbədə baş rolu oynadı. Bu gedişlə tezliklə daha güclü komandada görünəcək.

Turun sitatı
Ruben Amorim, MY-nin baş məşqçisi:

“MY-nin baş məşqçisi belə vəziyyətdə nə hiss etməlidi? Mən utanıram və bununla barışmaq çətindi. Hər kəs çox şey haqda ciddi düşünməlidi. İndi hamı Avropa Liqasını düşünür, amma final indi klubumuz üçün əsas problem deyil. Daha vacib vəzifələr var, mövsüm bitəndən sonra çox şeyi dəyişməliyik. Komandada psixoloji problemlər var. Buna görə ən böyük məsuliyyət mənim üzərimdədi”.

Faktlar
* MS məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırdı. Qvardiolanın komandası sonuncu dəfə martın 8-də “Nottingem Forest”ə uduzub (0:1), ardından 7 qələbə qazanıb, 3 dəfə heç-heçə edib.
* MY mövsümdə məğlubiyyət sayına görə öz antirekordunu yenilədi. Komanda artıq 17 oyunda uduzub ki, bu da 1992/93 mövsümündə əsası qoyulan turnirdəki ən pis göstəricidi. Son 7 çempionat oyununda qələbəyə həsrət qalan “qırmızı şeytanlar” bunların 5-də uduzub, 2-də heç-heçə edib. Mankunianlar sonuncu qələbəsini (3:0) martın 16-da “Lester”lə oyunda qazanıb.
* MY çempionatda ev məğlubiyyətlərinin sayına görə antirekordunu da təkrarladı. Amorimin çalışdırdığı komanda cari mövsümdə 9-cu dəfə uduzdu. 1930/31, 1933/34, 1962/63 mövsümlərində də evdəki məğlubiyyətlərin sayı bu qədər olmuşdu.

Oyundan sonra
Pep Qvardiola, MS-nin baş məşqçisi:
“Qol imkanlarımız olsa da, təəssüf ki, bunlardan yararlana bilmədik. “Sauthempton” yalnız “müdafiədə oturdu”, yalnız və yalnız müdafiə olundu, “vaxt öldürdü”. Ancaq bu 1 xalı qəbul edirik, hələ də hər şey öz əlimizdədi. Rəqibin bu qədər dərindən müdafiə olunacağını gözləmirdim. Yaxşı müdafiə olunduq, ancaq hücumda son addım çatışmadı. Holann meydanda bu qədər vaxt keçirəcəyini gözləmirdi, ancaq bizə rəqibin cərimə meydançasında adamlar lazım idi”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“İlk yarıdakı oyunumuz səviyyəmizdən çox aşağı idi, belə davam edə bilməz. Titullar uğrunda mübarizə aparmaq vacib deyil, uda da bilərsiz, uduza da. Amma müəyyən səviyyədən aşağı düşmək olmaz. Komanda belə oynayırsa, bu mənim günahımdı. Günah təkcə oyunçularda deyil, hamımızdadı. Belə standartlar bizim üçün qəbulolunmazdı. Bu mövsüm altı dəfə azlıqda qalmışıq. Təbii ki, öz səviyyəmizdə oynayanda istənilən rəqibi məğlub edə bilərik”.
Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Əla oyun idi. Stadionda və dünyanın hər yerində olan azarkeşlər gördüyünü bəyəndi. Bu oyunun “Liverpul” üçün turnir cədvəli baxımından heç bir əhəmiyyəti olmasa da, ortada nüfuz söhbəti var. Belə rəqib istənilən komandaya problem yarada bilər. “Çelsi” də ötən həftə bizə problem yaratdı. Çempionluğu qazanandan sonra istər-istəməz soruşursan ki, necə komandam var? Bu gün komandamı bəyəndim. “Arsenal” 2-ci hissədə erkən qol vurdu. Ardından mən Jotanı əlavə forvard kimi meydana buraxdım. Qələbəyə çox yaxın olduq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-02-2024, 23:0

“Arsenal” “meşəçilər”in öhdəsindən gəldi

Dünya futbolu

7-12-2023, 19:0

“Arsenal”: ardıcıl 6-cı qələbə, özü də 90+7-ci dəqiqədəki qolla!

Dünya futbolu

20-03-2024, 18:0

“Tottenhem” darmadağın oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

13-01-2025, 21:0

“Liverpul” da xal itirdi, London nəhəngləri də - ŞƏRH

Dünya futbolu

23-11-2024, 14:0

“Liverpul” izləyiciləri ilə xal fərqini artırdı - ŞƏRH

Dünya futbolu

25-09-2024, 14:0

MS son anda qurtuldu, “Nyukasl” ilk dəfə uduzdu - TURUN ŞƏRHİ

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə