Liqa 1-də pley-off sistemi tətbiq olunacaq?

15.05.2025 17:59 10
Dünya futbolu
Liqa 1-də pley-off sistemi tətbiq oluna bilər.

Liqanın rəhbərliyi Fransada növbəti mövsüm üçün çempionatın əsasnəməsində dəyişiklik etməyi nəzərdən keçirir. “Ekip” nəşrinin məlumatına görə, liqanın rəhbərliyi ölkə çempionunu müəyyən etmək üçün pley-off mərhələsinin tətbiqini planlaşdırır.

Ehtimal olunan plana əsasən, mövsüm sona çatandan sonra turnir cədvəlində ilk 4 yeri tutan komanda titul uğrunda mini-turnirdə iştirak edəcək.
Bu təklif Fransa futbolundakı bir neçə maraqlı tərəf tərəfindən müsbət qarşılanır. Lakin çempionatın daimi liderlərindən biri olan PSJ-nin bu ideyanı necə qarşılayacağı hələ məlum deyil.

Qeyd edək ki, bu klub 2024/25 mövsümündə ardıcıl 4-cü dəfə Fransa çempionu olub.