Virtsin yolu haradı?

30.04.2025 19:33 5
Dünya futbolu
Florian Virtsin növbəti mövsümə harda başlayacağı böyük ölçüdə müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Bavariya” onu transfer etməyə yaxındı. Almaniya mənbələrinin məlumatına görə, Münhen klubu artıq yarımmüdafiəçi ilə prinsipial razılığa gəlib. Müqavilənin müddəti və maaşın məbləğinin futbolçunu tamamilə qane etdiyi də bildirilir.

Florian “Bayer-04”də 2020-ci ildən çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 15 qol vurub və 13 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul