Alonso “Real”a hansı qiymətə başa gələcək?

25.04.2025 13:58 12
Dünya futbolu
Xabi Alonsonun növbəti mövsümdən “Real”ı çalışdırmaq ehtimalı qalır.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubu mütəxəssisin hazırda çalışdırdığı “Bayer-04”ə təzminat ödəyəcək. COPE nəşrinin məlumatına görə, madridlilər 8 milyon avro geri düşəcəklər.

Alonso artıq uzun müddətdi “Real”ın hazırkı baş məşqçisi Karlo Ançelottinin yerinə əsas namizəd hesab olunur. Rəhbərlik italiyalı çalışdırıcını mövsümün sonunda istefaya göndərməyi planlaşdırır.