Xabi Alonsonun növbəti mövsümdən “Real”ı çalışdırmaq ehtimalı qalır.
İspaniya klubu mütəxəssisin hazırda çalışdırdığı “Bayer-04”ə təzminat ödəyəcək. COPE nəşrinin məlumatına görə, madridlilər 8 milyon avro geri düşəcəklər.
Alonso artıq uzun müddətdi “Real”ın hazırkı baş məşqçisi Karlo Ançelottinin yerinə əsas namizəd hesab olunur. Rəhbərlik italiyalı çalışdırıcını mövsümün sonunda istefaya göndərməyi planlaşdırır.
Alonso “Real”a hansı qiymətə başa gələcək?
Dünya futbolu




