"Kəpəz"in futbolçusu ilə bağlı şikayət qismən təmin edildi

29.04.2025 17:52 15
Ölkə futbolu
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı Gənclər Liqasında çıxış edən "Kəpəz" komandasının futbolçusu Amur Yusifovla bağlı şikayəti qismən təmin edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

AFFA İntizam Komitəsi "Qarabağ"la oyunun 67-ci dəqiqəsində rəqibi təhqir edən və qırmızı vərəqə ilə cəzalanan oyunçunu aprelin 23-də 3 oyunluq cəzalandırmışdı. Qərar dəyişdirilərək 3 matçlıq cəzasının 1 oyunu şərti tətbiq ediləcək.

Futoblçuya 3 aylıq sınaq müddəti də verilib.